Modern.az

Dövlət qurumunda korrupsiya əməliyyatı: saxlanılanlar var

Dövlət qurumunda korrupsiya əməliyyatı: saxlanılanlar var

Ölkə

23 Aprel 2026, 15:30

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir sıra rayon şöbələrində əməliyyatlar keçirib, saxlanılanlar var.

Modern.az-ın xəbərinə görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş, Cəbrayıl, Saatlı, Bakının Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib, vəzifəli şəxslər saxlanılıb. Əməliyyatlar nəticəsində saxlanılan vəzifəli şəxslər Bakıya gətirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ