Modern.az

Azərbaycan-Kolumbiya mina probleminin həlli üzrə əməkdaşlıq müzakirə olundu

Azərbaycan-Kolumbiya mina probleminin həlli üzrə əməkdaşlıq müzakirə olundu

Ölkə

29 Aprel 2026, 22:52

Prezidentin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Kolumbiyanın xarici işlər nazirinin müavini Xuana Kastro Santamaria ilə görüşüb.

Modern.az xəbər verir ki, H. Hacıyev bu barədə "X" sosial media hesabında paylaşım edib.

Prezidentin köməkçisi bildirib ki, xanım Santamaria ilə səmərəli müzakirələr aparıb:

"Ölkələrimiz arasında siyasi dialoqun hazırkı səviyyəsi ümidvericidir. İqtisadi və ticari, mədəni və humanitar, turizm və insanlararası mübadilələr sahələrində əməkdaşlığı genişləndirmək üçün mühüm potensial mövcuddur".

Həm Azərbaycan, həm də Kolumbiyanın mina problemindən əziyyət çəkdiyini vurğulayan H. Hacıyev Kolumbiyanın XİN başçısının müavini ilə bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə etdiklərini diqqətə çatdırıb.

"Azərbaycanda ispan dilinin təşviqinə verdiyi dəstəyə görə Kolumbiya tərəfinə minnətdarlığımızı bildiririk", - PA-nın şöbə müdiri vurğulayıb.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu