Azərbaycanda seçicilərin sayı açıqlanıb.
Modern.az xəbər verir ki, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına həsr olunan iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, 2026-cı il may ayının 26-na olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısına 6 milyon 332 min 229 seçici daxil edilib.
Seçicilərin təqribən 47,59 faizini kişilər, 52,41 faizini isə qadınlar təşkil edir.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, Azərbaycan üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə yanvar ayının əvvəllərindən başlanır.