Azərbaycanda ən yaşlı seçicinin 136 yaşı var.
Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında sədr Məzahir Pənahov bildirib.
M.Pənahov qeyd edib ki, ölkə üzrə ən yaşlı seçici Lənkəran rayonunun 78 saylı dairə seçki komissiyasının 38 saylı seçki məntəqəsində qeydiyyatda olan Əzizova Tamam Əli qızıdır. Onun 136 yaşında olduğu və 1890-cı ildə anadan olduğu bildirilib.
MSK sədri onu da əlavə edib ki, Tovuz rayonunun 107 saylı dairə seçki komissiyasının 11 saylı seçki məntəqəsində qeydiyyatda olan Hacıyev Fərrux Səməd oğlunun isə 106 yaşı var. Onun 1920-ci il təvəllüdlü olduğu vurğulanıb.
