Modern.az

İtkin düşmüşlərdən nə xəbər?

İtkin düşmüşlərdən nə xəbər?

Ölkə

30 Avqust 2010, 09:53

Hər il avqustun 30-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşəbbüsü ilə münaqişə bölgələrində itkin düşmüş şəxslərin xatirəsi yad olunur, anım mərasimləri keçirilir.

BQXK bildirib ki, münaqişələr nəticəsində yaranmış ən ciddi problem hələ də minlərlə ailəni narahat etməkdədir. İtkin düşənlərin ailələri qeyri-müəyyən vəziyyətdə qalıb, onlar öz əzizlərinin öldüyünü güman edir, lakin bunun sübutu olmadığından yas tuta bilmir və doğmalarının qayıdacağına az da olsa ümid bəsləyirlər.

Bütün müharibə aparan ölkələr kimi Azərbaycan da itkin problemindən əziyyət çəkir.

Modern.az xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasın Işçi qrupunun məlumatına görə, 1 iyun 2010-cu il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş azərbaycanlıların sayı 4090 nəfər təşkil edib. Onlardan 3297 nəfər hərbçi, 787 nəfər mülki şəxslərdir. 6 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 48 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 252 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (151 nəfər qadın). Əsir, itkin düşmüş 4090 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb.
İndiyədək əsir və girovluqdan 1397 nəfər azad edilib. Onlardan 343 nəfər qadın, 1054 nəfər kişidir. Eyni zamanda 169 nəfər uşaq (65 nəfər azyaşlı qız), 289 nəfər yaşlı şəxsdir (112 nəfər yaşlı qadın). Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 448 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı