Modern.az

Özbəkistanla birgə hərbi təlimə 100-dən çox hərbçi qatılıb

Özbəkistanla birgə hərbi təlimə 100-dən çox hərbçi qatılıb

Ölkə

23 Noyabr 2026, 13:39

Azərbaycan və Özbəkistan hərbçilərinin iştirakı ilə “Məharət-IV” kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir.

Modern.az xəbər verir ki, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimə iki ölkədən ümumilikdə 100-dən çox hərbi qulluqçu cəlb olunub.

Təlim Azərbaycan və Özbəkistanın müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üzrə ikitərəfli hərbi əməkdaşlıq planına əsasən keçirilir. Məqsəd hərbi təhsil və döyüş hazırlığı sahəsində əməkdaşlığı gücləndirmək, komandirlərin qərarvermə bacarıqlarını təkmilləşdirmək, qərargah fəaliyyəti və əməliyyatların planlaşdırılması üzrə təcrübə mübadiləsi aparmaqdır.

Təlim noyabrın 28-dək davam edəcək.

 

1564837

1564836

Whatsapp
Bizə yazın!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı