Şəhidlərimiz, yaxşı ki, müqəddəs bir yolda - vətən, millət, bayraq yolunda can verdiniz. Geridə qalanlar?.. Biz?.. Ardınızdan tutduğumuz yas, tökdüyümüz göz yaşları sizə idimi… yoxsa özümüzəmi?
Müqəddəs bir köçdü onlarınki, ölüm deyildi... Şəhidlik mərtəbəsinin ucalığını bildiyimiz üçün ovunur ürəyimiz.
Axı biz şəhidliyə sevdalı bir milləttik. Şəhidlik xəbərini alınca, ürəyi dağlanan analar döyüşə yollayarkən “ya şəhid ol, ya qazi” deyib, vətənə qurban verdi övladını. Könüldə şahidlik arzusu, dilində duasını saxlayan analar... Bütün bunları bilərkən övladınızı qurban verdiniz. Bu gün bir üsyan gördüm, bəlkə də bir yalvarışdı. Amma üsyan deyil!
Şəhid vermək deyil gücümüzə gedən, mən bununla öyünmək lazım olduğunu hər kəsdən yaxşı bilirəm. Çünkü qan bağımdan şəhidim var.
Amma öz vətənimdə xain əllər tərəfindən, kürəyimdən vurulmaq ağır gəlir. Şəhidimin anası bu hayatda tutunacagı tək övladını qurban verib bu torpağa. Amma bu gün vətən daşı tapmır onun məzarına qoymaga.
Bir ovuc torpaq alsam, qanlarla yusam, baxsam göyüzünə görsəm şəhidin nisgilli gözlərini. Nə deyim sənə şəhidim. Vətən üçün min canı olsa, verə biləcək şəhidim, elə sevdin vətənin, onun uğrunda ölmək cəsarətin, inancın əsalətini biz geridə qalanlar görə bilmədik. Bilirəm vətən hər zaman şəhidləri ilə var olar. Bilirəm, bir gün öncə biz şəhidlər üçün göz yaşı tökürdük. Siz özünüzü sipər etdiniz düşmənə qarşı düşünmədən. Və bu bayraq sizin üçün axan göz yaşları ilə ucaldı. Anaların ürəyi sızıldadı. Sən, anana, bacına, sevgilinə olan sevginin yerinə bir sevgili seçdin: Vətən!
Sən getdin sevgili şəhidim, heç bir ürək sənin qədər fədəkar ola bilməz. Sən ardına baxmadan şəhidliyə qaçarkən, gəncliyini, ömrünü vətənə fəda edərkən ardından nə söyləyək sənə layiq olsun? Məncə əməlimizlə göstərməliydik. Amma göstərə bilmədik. Əslində siz şəhid olarkən biz sizə söz vermişdik əmanətinizə yaxşı baxacağıq. Bu gün anan məzar daşı harayı çəkərkən sözümüzü tuta bilmədiyimizə əmin oldum. Əlvida şəhidim, anasının tək dayağı, gözünün nuru. Sən canından can verdin... Vətən sənə heyran, vətən sənə minnətdar, Vətən sənsən şəhidim! Heç məzar daşı olmasın, sən torpağa qovusmuşkən, vətən daşlarına qurban oldun şəhidim...