Modern.az

Ombudsman Milli Məclisdə hesabat verəcək

Ombudsman Milli Məclisdə hesabat verəcək

Parlament

28 Fevral 2022, 18:43

Milli Məclisin növbəti plenar iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) hesabatı dinləniləcək.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, iclasda Ombudsman Səbinə Əliyeva özü şəxsən iştirak edəcək. 

 

Məlumata görə, Ombudsman məruzə ilə yanaşı bir sıra məsələlər üzrə təkliflərini də səsləndirəcək.

 

Qeyd edək ki, parlamentin plenar iclası mart ayının 4-nə nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...