Modern.az

Qənirə Paşayeva və Akif Aşırlının kitabı çapa hazırlanır

Qənirə Paşayeva və Akif Aşırlının kitabı çapa hazırlanır

Parlament

19 Mart 2010, 15:17

Kitab ermənilərin Qazax rayonunun Bağanıs Ayrım kəndində törətdiyi soyqırımından bəhs edir

 

Millət vəkili Qənirə Paşayeva və «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlının həmmüəlliflik etdikləri «Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım» kitabı çapa hazırlanır. Yaxın günlərdə nəşr olunacaq kitab erməni silahlı birləşmələrinin rus ordusunun köməyi ilə 1990-cı il mart ayının 27-də Qazax rayonunun Bağanıs Ayrım kəndində törətdikləri soyqırım faktlarından bəhs edir. Bu barədə Modern.az-a müəlliflər məlumat verilib.

1990-cı il mart ayının 24-də erməni silahlıları rus hərbçilərinə məxsus hərbi texnikadan, müasir silahlardan istifadə edərək Bağanıs Ayrıma hücum edib, mülki əhali insanlığa sığmayan işgəncələrlə qətlə yetirilib, diri-diri ocağa qalanıb. Əhalinin 17 evi qranatomyotla dağıdılıb, 11 ev isə qarət edilib. Faciə zamanı Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstünə benzin tökülərək yandırılıb. Alməmməd Məhərrəmov həyətindəki ot tayasına atılaraq diri-diri ocağa qalanıb. Kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnib. 2 nəfər odlu silahla yaralanıb. Qətlə yetirilən insanların böyüyü 75 yaşında Dədəş Əsliyev, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub.

Bağanıs Ayrım kəndi 1990-cı il avqust ayının 20-də işğal edilib.

«Ermənilərin törətdiyi soyqırım qurbanı - Bağanıs Ayrım» kitabında soyqırım faktlarla oxuculara çatdırılır.

Kitabın baş məsləhətçisi Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevdir.

İngilis və rus dillərində nəşri planlaşdırılan kitabın təqdimatı mart ayının 24-də Atatürk Mərkəzində keçiriləcək.

Erməni silahlı birləşmələrinin rus hərbçilərinin yardımı ilə törətdiyi Bağanıs Ayrım soyqırımı haqqında həmmüəlliflərin  ssenarisi əsasında sənədli filmin çəkilişlərinə də başlanılıb. Modern.az

 

 

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...