Modern.az

Azərbaycanda nəzarətsiz qalan 936 uşaq aşkarlanıb

Azərbaycanda nəzarətsiz qalan 936 uşaq aşkarlanıb

Parlament

Bu gün, 09:41

Ailə nəzarətindən kənarda qalan 936 uşaq müəyyən edilib.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.

Belə ki, uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan 936 uşaq müəyyən olunub.

Hesabatda qeyd edilib ki, buna şərait yaradan 511 valideyn də aşkarlanıb.

Nəticədə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 510 material göndərilib, 32 valideyn inzibati məsuliyyətə cəlb edilərək polis nəzarətinə götürülüb.

Sənəddə uşaqların kənar şəxslər tərəfindən dilənçiliyə cəlb olunması faktının müəyyən edilmədiyi də vurğulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV