Modern.az

Avropada vətəndaşımız istismar olunub - Milli Məclisdə açıqlandı

Avropada vətəndaşımız istismar olunub - Milli Məclisdə açıqlandı

Parlament

8 May 2026, 09:32

Azərbaycan vətəndaşının Monteneqroda məcburi əməyə cəlb olunduğu müəyyən edilib.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.

Belə ki, ixtisaslaşmış xüsusi polis qurumu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 1 məcburi əmək faktı aşkarlanaraq cinayət işi başlanılıb.

Aparılan araşdırmalar zamanı zərərçəkmiş şəxsin Monteneqroda tikinti sektorunda istismar edildiyi məlum olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...