Azərbaycanda 189 min nəfər işlə təmin olunub.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi tərəfindən 189 min nəfər işlə təmin edilib.
Hesabatda qeyd olunub ki, 10 min 800 işsiz şəxsə sığorta ödənişi təyin edilib, 16 min 827 nəfər özünüməşğulluq proqramına, 6 min 964 nəfər isə ödənişli ictimai işlərə cəlb olunub.
Bundan əlavə, 18 min 368 nəfərin əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına göndərildiyi bildirilib.