Azərbaycanda insan alveri qurbanlarına 3 min manatdan çox maddi yardım edilib.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.
Belə ki, Daxili İşlər Nazirliyinin müvafiq Kömək Fondunun hesabına insan alverindən zərər çəkmiş 40 nəfərə və insan alverindən zərər çəkməsi ehtimal olunan 5 şəxsə ümumilikdə 3 min 350 manat məbləğində maddi yardım göstərilib.
Hesabatda qeyd olunub ki, Vəkillər Kollegiyasının üzvləri tərəfindən 69 insan alveri qurbanının məhkəmə baxışında, 24 qurbanın isə istintaq prosesində hüquqları müdafiə olunub.