Modern.az

Azərbaycan bu cinayət halları 20 ildə 198 dəfə artıb

Azərbaycan bu cinayət halları 20 ildə 198 dəfə artıb

Parlament

Bu gün, 09:37

Azərbaycanda insan alveri cinayətlərinin 76 faizi cinsi istismarla bağlı olub.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.

Belə ki, hesabat dövründə qeydə alınan insan alveri cinayətlərinin 152-si və ya 76,8 faizi cinsi istismarla bağlı olub.

Sənədə əsasən, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər 45 fakt və ya 22,7 faiz təşkil edib.

Qeyd olunub ki, Azərbaycanda son 20 ildə 2 min 730 insan alveri cinayəti qeydə alınıb.

Belə ki, təqdim olunan statistikaya əsasən, 2005-2025-ci illər ərzində Azərbaycanda ümumilikdə 2 min 730 insan alveri cinayəti qeydə alınıb.

Hesabatda qeyd olunub ki, insan alveri cinayətlərinin sayı 2005-ci ildə 1 olduğu halda, sonrakı illərdə artaraq 2023 və 2024-cü illərdə 206-ya çatıb.

Hesabat ilində isə bu göstərici 198 olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV