Azərbaycanda son 20 ildə aşkarlanan insan alveri qurbanlarının statistikası açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.
Belə ki, Azərbaycanda aşkarlanan insan alveri qurbanlarının sayı 2005-ci ildə 1 nəfər olduğu halda, 2007-ci ildə 101 nəfərə yüksəlib.
Hesabatda qeyd olunub ki, 2008-ci ildə 78, 2009-cu ildə 91, 2010-cu ildə 34, 2011-ci ildə 29, 2012-ci ildə 53, 2013-cü ildə 56 nəfər insan alveri qurbanı müəyyən edilib.
Sənədə əsasən, 2014-cü ildə 54, 2015-ci ildə 63, 2016-cı ildə 70, 2017-ci ildə 71, 2018-ci ildə 98, 2019-cu ildə 91 nəfər insan alveri qurbanı aşkarlanıb.
2020-ci ildə bu göstərici 94, 2021-ci ildə 95, 2022-ci ildə 94, 2023 və 2024-cü illərdə 91 nəfər olub.
2025-ci ildə isə 46 insan alveri qurbanı müəyyən edilib.
Hesabatda həmçinin bildirilib ki, 2019-2025-ci illərdə müəyyən edilən insan alveri qurbanlarının ən çoxu 2024-cü ildə qeydə alınıb.
Belə ki, 2024-cü ildə 19 nəfər insan alveri qurbanının istismara məruz qaldığı müəyyən edilib.
Bu göstərici 2019-cu ildə 3, 2020-ci ildə 1, 2021-ci ildə 3, 2022-ci ildə 8, 2023-cü ildə 5, 2025-ci ildə isə 7 nəfər olub.