Modern.az

Bakıdan sonra insan alveri qurbanları ən çox bu bölgədədir 

Bakıdan sonra insan alveri qurbanları ən çox bu bölgədədir 

Parlament

12 May 2026, 12:52

Azərbaycanda insan alveri qurbanlarının ən çox qeydə alındığı şəhər açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.

Belə ki, 2025-ci ildə insan alveri qurbanlarının şəhər və rayonlar üzrə bölgüsündə ilk sırada Bakı qərarlaşıb.
Hesabatda paytaxtda 9 insan alveri qurbanının müəyyən edildiyi bildirilib.

Sənədə əsasən, Zərdab rayonunda 3, Abşeron, Ağdam, İsmayıllı, Gəncə, Sumqayıt, Kürdəmir, Kəlbəcər, Naxçıvan və Şəmkirdə isə hər birində 2 nəfər insan alveri qurbanı qeydə alınıb.

Ağsu, Ağdaş, Astara, Beyləqan, Biləsuvar, Quba, Şabran, Laçın, Lənkəran, Masallı, Gədəbəy, Göyçay, Zəngilan, Şamaxı, Yevlax və Xocalıda isə hər birində 1 nəfər insan alveri qurbanı müəyyən edilib.

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ