Modern.az

Ölkəmizdə iş tapanların sayı açıqlandı

Ölkəmizdə iş tapanların sayı açıqlandı

Parlament

Bu gün, 12:51

Azərbaycanda 189 min nəfər işlə təmin olunub.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İbu gün keçirilən plenar iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi tərəfindən 189 min nəfər işlə təmin edilib.

Hesabatda qeyd olunub ki, 10 min 800 işsiz şəxsə sığorta ödənişi təyin edilib, 16 min 827 nəfər özünüməşğulluq proqramına, 6 min 964 nəfər isə ödənişli ictimai işlərə cəlb olunub.

Bundan əlavə, 18 min 368 nəfərin əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına göndərildiyi bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?