Modern.az

Əmək müqaviləsi ilə çalışanların sayı artır

Əmək müqaviləsi ilə çalışanların sayı artır

Parlament

Bu gün, 12:45

"Hazırda, 1 milyon 784 min vətəndaşımız əmək müqaviləsi ilə çalışır ki, onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir". 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçriilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatı zamanı deputat Vüqar Bayramov deyib. 

V. Bayramov qeyd edib ki, son 1 ildə özəl sektorda əmək müqaviləsi ilə çalışanların sayı 33 min nəfər artıb. Bu isə məşğulluğun rəsmilləşdirilməsi ilə bağlı aparılan islahatların nəticəsi kimi xarakterizə edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?