Modern.az

"28 Mall"da bomba həyacanı - insanlar təxliyyə edilib

 "28 Mall"da bomba həyacanı  - insanlar təxliyyə edilib

Təhsil

4 Aprel 2016, 20:01

 

Bakıda iri ticarət mərkəzlərindən birinə bomba qoyulması barədə məlumat yayılıb. Modern.az saytı xəbər verir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Bakının Nəsimi rayonunun ərazisində fəaliyyət göstərən "28 Mall" Ticarət Mərkəzinə bir nəfər zəng vuraraq obyektə dostu tərəfindən bomba qoyulması barədə məlumat verilib.  

 Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, insanlar ticarət mərkəzindən təxliyə edilib.  

Hazırda ticarət mərkəzində axtarışlar aparılır.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı