Erməni Silahlı Qüvvələrinin cəbhəyanı kəndlərimizi atəşə tutması nəticəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından biri yaralanıb. Modern.az saytı xəbər verir ki, hadisə Ağdamın Əfətli kəndində qeydə alınıb.
Məlumata görə, nazirliyin Mustafayev Akif adlı əməkdaşı iş başında olarkən yaralanıb. Onun yarası yüngül olub və təcili xəstəxanaya çatdırılıb.
Modern.az