Modern.az

““Donuzu darıdan çıxarmaq" üçün güc tətbiq etməliydik”

““Donuzu darıdan çıxarmaq" üçün güc tətbiq etməliydik”

Təhsil

5 Aprel 2016, 13:48


"1994-cü ildən bu yana bir gün də olsun Ermənistan tərəfi atəşkəs rejiminə əməl etməyib. Hər gün cəhbədə, təmas xəttində təhdidlər, mülki əhalinin, uşaqların, qocaların öldürülməsi halları olub”.

Modern.az xəbər verir ki, bunu parlamentin iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Sədr müavini bildirib ki, bu müddət ərzində Azərbaycan tərəfi hər zaman özünün sülhə, danışıqlar prosesinə sadiq olduğunu göstərib:

“Səbr etdik, dözdük. Nə qədər ki, atəşkəs rejimi pozulurdu, biz danışıqlara gedirdik. Son illər dəfərlərlə bəyan edirdik ki, imitasiya xatirinə danışıqlara getməyəciyik. Buna baxmayaraq, ermənilər öz havadarlarının əli ilə yenə də imitasiya edirdilər, danışıqlar xatirinə danışqılar edirdilər. Bununla da mövcud vəziyyəti uzatmaq istəyirdilər. Amma son hadisələr bir daha göstərdi ki, ermənilər hədlərini aşırdılar. Cəzasız vəziyyətdən istifadə edərək bu addımı atırdılar. Çünki beynəlxalq təşkilatlar onlara heç bir təzyiq göstərmirdirlər. Xüsusilə də ATƏT-in Minsk qrupu bəyanat versə də, əməldə heç bir iş yox idi. Məlum olan o idi ki, həmsədrlər əslində ermənilərə dayaqdılar. Təəssüf ki, bu belədir”.

Z.Əsgərov qeyd edib ki, ATƏT-in Minsk qrupunun missiyası sülhyaratma olsa da, bunu görmək mümkün deyil.

“Belə nəticəyə gəlib çıxdıq ki, artıq beynəlxalq hüququn gücü işləmir. Ona görə də gücün hüququ işləyəcəkdi. Belə olan halda da Azərbaycan öz gücünü göstərdi. Bu günə qədər beynəlxalq hüquqa sadiqliyimizi göstərmişik, bundan sonra da belə olacaq. Lakin hərdən gücün də hüququnu göstərmək lazımdır ki, qarşı tərəf öz yerini bilsin. Üzr istəyirəm, yəni "donuzu darıdan çıxarmaq" üçün güc tətbiq də etmək lazımdır. Düşmən tərəf Azərbaycan ordusunun praktik gücünü gördü. Biz silahlarımızı paradda sərgiləmək üçün yox, məhz bu gün üçün almışdıq. Düşmən də buna şahid oldu”.

Birinci vitse-spiker vurğualyıb ki, 94-cü ildən bu günə qədər olan dövrdə psixoloji dönüş yaranıb və xalqımız ordumuzun gücünü gördü.

“Son vəziyyətlə bağlı deyə bilərəm ki, başqa çıxış yolumuz da yox idi. Çünki onlar hər zaman bizi təhdid edirdilər. Gücümüzü göstərdikdən sonra beynəlxalq təşkilatlar artıq hərəkətə keçməyə başlayıb. Tam əksəriyyət Azərbaycanı dəstəkləyir. Çünki bu bizim haqq işimizdir. Beynəlxalq təşkilatlar da bir daha başa düşdü ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş yox, hər zaman alovlanan məsələdir. Ona görə də bu, həll olunmalıdır. 10 milyona yaxın insan dövlətin və prezidentin ətrafında sıx birləşib. Hər bir kəs bilir ki, onun güclü ordusu, dövləti xalqın keşiyindədir. Digər tərəfdən güc strukturları arasında əla koordinasiya qurulub. Hərbi əməliyyatlar savadlı, yüksək səviyyədə özünü göstərdi. Bundan sonra beynəlxalq təşkilatlara müraciət edirəm ki, Minsk qrupunun həmsədrləri məsələyə düzgün yanaşıb qiymət versinlər. Çünki onlar bilir ki, kim günahkardır. Əvvəldən də məlumdur ki, Azərbaycanın 20 faiz torpağı işğal olunub. Təəssüf ki, bu günə qədər cinayətkarların başını sığallayıblar. Lakin bundan sonra belə olmayacaq”.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı