
Modern.az saytı xəbər verir ki, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev bu gün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Kliniki Hospitalında müalicə olunan yaralı hərbi qulluqçulara baş çəkib.
Dövlət başçısı cəbhənin təmas xəttində gedən döyüşlərdə yaralanan hərbçilərlə görüşüb.
Müdafiə naziri Zakir Həsənov bildirib ki, cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşən və yaralanan hərbçilərin bir hissəsi müalicə olunmaq üçün bu hərbi hospitala gətirilib. Hazırda onların müalicəsi istiqamətində zəruri tədbirlər görülür. Hospitalın tibb heyəti onların tezliklə sağlamlıqlarına qovuşmaları üçün gecə-gündüz əllərindən gələni edirlər.
Sonra Prezident İlham Əliyev şəhid ailələrinin və yaralıların yaxınlarının bir qrupu ilə görüşüb. Ölkə başçısı Azərbaycan Ordusunun cəbhədəki qələbələrindən danışıb...







Modern.az