
Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib ki, binanın şaxtasında 1-ci mərtəbədən 16-cı mərtəbəyə qədər olan 300 p.m elektrik naqili yanıb.
Yanğın zamanı tüstüdən zəhərlənən 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən aidiyyatı üzrə təhvil verilib. 4 nəfər binadan təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gülşən RAUFQIZI