
“Mən və döyüşçü yoldaşlarım sadəcə ali baş komandanın və Müdafiə Nazirliyinin göstərişini gözləyirik”. Bunu Modern.az saytına milli qəhrəman, polkovnik-leytenant Məhəmməd Həsənov bildirib.
Keçmiş döyüşçü deyib ki, düşmənin təkcə özünü yox, bütün torpaqlarını məhv etmək lazımdır:“İmkan yaratsınlar, mən günü bu gün Goranboyda keçmiş ordunu yığaram. Sadəcə əmr gözləyirik.
Mən əminəm ki, ali baş komandanımız işğalçıları məhv etmək üçün əmrini verəcək.
Amma bizə çağırış yoxdur. Axı 1992-ci ildə mənim keçdiyim həmin yollarda gedir bu gün döyüşlər. Mən daha yaxşı bələdəm o yollara..”.
M.Həsənov düşməni məhv etməyə hər an hazır olduğunu qeyd edib: “Erməni dığaları çıxıb deyir ki, biz döyüşə gedirik. Onları şəxsən özüm darmadağın edərəm. Onlar mənim qovduğum ermənilərdir. Necə lazımdırsa, orduya dəstək olmağa hazırıq”.
Gülşən RAUFQIZI