
Cəbhə boyu 28 məktəbdə dərslər müvəqqəti dayandırılıb. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin təmas xəttində yaratdığı təxribat nəticəsində Goranboy rayonunun Tapqaraqoyunlu, Yuxarı Ağcakənd, Aşağı Ağcakənd, Yenikənd, Şəfəq, Qaraçinar, Zeyvə, Qaraqucaq kənd məktəblərində,Xocalı şəhər 4 nömrəli, 5 nömrəli, Cəmilli və Meşəli kənd məktəblərində, Kəlbəcər rayon 34, 36, 54, 64, 68, 83, 127, 50, 60, 63, 91, 93, 100, 103 və 128 nömrəli məktəblərində təhlükəsizlik məqsədi ilə tədris müvəqqəti dayandırılıb.Məlumatda həmçinin bildirilib ki, təmas xəttinə yaxın olan digər məktəblərdə də şagirdlərin dərsə davamiyyəti zəifləyib.
Aytən ZƏHRA