Modern.az

Rusiya Ordusunun Baş Qərargah rəisi Yerevana gəldi

Rusiya Ordusunun Baş Qərargah rəisi Yerevana gəldi

Təhsil

15 Aprel 2016, 13:37

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ermənistana səfər edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, general Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Yerevana gəlib.

İclas zamanı KTMT-ni gözləyən regional təhlükələr və qarşıdakı illər üçün tədbirlər planı müzakirə olunacaq.

Valeri Gerasimovla yanaşı, iclasda Ermənistan, Tacikistan, Qırğızıstan, Belarus və Qazaxıstanın da Baş Qərargah rəisləri qatılacaq.

Vüqar İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı