Modern.az

Quldurlar 22 polisi girov götürdü

Quldurlar 22 polisi girov götürdü

Təhsil

18 Aprel 2016, 13:47



Pakistanın Pəncəb əyalətinin Radjanpur yaşayış məntəqəsində təhlükəsizlik qüvvələri 22 polisin azad olunması üçün əməliyyat keçirir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, polisləri yerli cinayətkar avtoritet Qulam Rasulun böyük quldur dəstəsi girov götürüb.

Polislərdən 6-sı öldürülüb. Quldurlar qalanların da öldürüləcəkləri ilə hədələyirlər. Hakimiyyət cinayətkarlarla danışıqlardan imtina edərək əraziyə helikopterin dəstəyi ilə xüsusi təyinatlıları yollayıb. Əməliyyatlarda güc strukturlarının ümumilikdə 1,6 min əməkdaşı iştirak edir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı