Modern.az

Ermənilər iki gündə Ağcabədiyə 100-ə yaxın mərmi atıb

Ermənilər iki gündə Ağcabədiyə 100-ə yaxın mərmi atıb

Təhsil

29 Aprel 2016, 01:01

 

Erməni silahlı birləşmələri aprelin 27-dən 28-ə keçən gecə Ağcabədi rayonunun yaşayış məntəqələrini də güclü artilleriya atəşinə tutub. Rayonunun cəbhəyanı kəndlərinə 100-ə yaxın mərmi atılıb.   Modern.az saytının AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə müsahibəsində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib.

Ş.Məmmədov qeyd edib ki, təkcə Qaraxanlı kəndinə 50 mərmi düşüb. Kənddəki evlərdən biri tamamilə yanıb, 2 evin dam örtüyünə, 19 evə, yardımçı binalara, orta məktəbin binasına ziyan dəyib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı