Modern.az

Bakıda qəza: 1 ölü

Bakıda qəza: 1 ölü

Təhsil

12 May 2016, 13:16


Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hadisə mayın 9-da saat 19 radələrində qeydə alınıb.

Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı şəhər sakini Taleh Fərzəliyevin idarə etdiyi “KamAZ” və Sabirabad rayon sakini İdris Nəsirovun idarə etdiyi “Reno” markalı avtomobillər toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş İ.Nəsirovun sərnişini Rahilə Nəsirova mayın 11-də orada ölüb.

BDYPİ tərəfindən araşdırma aparılır.  

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı