Modern.az

Azərbaycanın məsələsi AŞPA Komitəsinin gündəliyinə salındı

Azərbaycanın məsələsi AŞPA Komitəsinin gündəliyinə salındı

Təhsil

10 Noyabr 2011, 15:13

Azərbaycanda siyasi məhbuslarla bağlı durum noyabrın 16-da Parisdə keçiriləcək Avropa Şurası Parlament Assambleyasının İnsan Haqları və Hüquq məsələləri üzrə Komitənin iclasının gündəliyinə salınıb.  
Bu barədə Modern.az-a “İnsan Haqları Uğrunda” İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, toplantıda Azərbaycandakı vəziyyətdən əlavə, İnsan Haqları üzrə Avropa Konvensiyanın AŞ-ya üzv ölkələdə nüfuzu və təsiri, Avropa Konvensiyasının protokoluna milli azlıqlarla bağlı əlavələrin  müzakirəsi, Bolqarıstanda qaraçıların vəziyyəti və sair məsələlər müzakirəyə çıxarılacaq.

Azərbaycan məsələsi Paris vaxtı ilə saat 15.00-də müzakirə olunacaq. Məruzəçi Kristofer Ştrasserin yarım saatlıq çıxışından sonra tədbirə ekspert qismində dəvət olunmuş “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev çıxış edəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...