Modern.az

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Təhsil

27 May 2012, 16:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur.

Temperatur gecə 16-20, gündüz 24-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 8-13, gündüz 18-23, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

Modern.az        

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!