Modern.az

Birinci sinfə şagird qəbulunun vaxtı açıqlandı

Birinci sinfə şagird qəbulunun vaxtı açıqlandı

Təhsil

16 Mart 2021, 11:05

2021-2022-ci tədris ili üçün I sinfə şagird qəbuluna aprel ayının ikinci yarısından start veriləcək.

 

Modern.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi elektron sistem ilə www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

 

Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn formada aparılmalıdır. Vətəndaşlara texniki kömək və dəstək məqsədilə əvvəlcədən müəyyən olunmuş məktəblərdə Alternativ Qeydiyyat mərkəzləri yaradılacaq.

 

Qeyd edək ki, qəbul prosesinin keçiriləcəyi dəqiq tarix barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi