Modern.az

Lex Kaçinskinin əkiz qardaşına son sözü:”Bir azdan enirik”

Lex Kaçinskinin əkiz qardaşına son sözü:”Bir azdan enirik”

Təhsil

12 Aprel 2010, 09:11

Rusiya səmasında baş vermiş təyyarə qəzasında faciəli şəkildə həlak olmuş Polşa prezidenti Lex Kaçinski müdhiş enişə bir neçə dəqiqə qalmış əkiz qardaşı Yaroslav Kaçinski ilə telefonda danışıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki,  əkiz qardaşların telefon söhbəti barədə məlumatı Polşa Ədalət və Hüquq Partiyasının lideri Adam Bielan verib. “Lex Kaçinski Tu-154 tipli prezident təyyarəsindəki  faciəvi qəzadan 36 dəqiqə öncə qardaşı Yaroslavlı aradı”,-deyə Bielan bildirib. Söhbət zamanı Yaroslav qadaşından Smolensk hava limanına enib-enmədiklərini soruşub. Lex qardaşına “Hələ enməmişik, az sonra enirik” deyib.

 

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir