st1:*{behavior:url(#ieooui) }
Polşa Rusiyada baş vermiş təyyarə qəzasından özünə gələ bilmir. Modern.az-ın məlumatına görə, Polşada Rusiyaya məxsus təyyarələri artıq “uçan tabut” adlandırmağa başlayıblar. Wall Street Journal-ın yazdığına görə, Lex Kaçinskinin uçdüğu Tu-154-ün qəzaya uğraması heç də gözlənilməz hal hesab olunmur. “Polşada sovet dövründə istehsal olunmuş və dövlət xadimlərinin uçduğu təyyarələri çoxdandır ki, uçan tabut adlandırırlar”,-deyə polşalı jurnalist Marsin Sobçnik jurnala verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, bundan əvvəl də ölkənin sabiq baş naziri Leşek Miller də az qala vertolyotun enişi zamanı həlak olacaqdı. Lakin polşalı siyasətçilər yeni təyyarələr almayıblar, onlar cəmiyyətin bu cür xərclərə mənfi reaksiyasından çəkiniblər. Jurnalist qeyd edir ki, “düzdür, sonuncu talesiz Tu-154 bir qədər əvvəl təmirdən çıxıb, ola bilsin ki, Smolensk hava limanı bu təyyarəni qəbul etməyə yararlı olmayıb. Bu isə qəzanın əsil səbəbidir. Pilot təyyarəni daha etibarlı aerodroma endirməli idi”.
Jurnalist Kaçinskinin təhlükəsizlik məsələlərinə bir qədər səthi yanaşdığına dair belə bir nümunə göstərib: ”2008-ci ildə Kaçinski rus-gürcü müharibəsi zamanı Gürcüstana uçub və pilotdan tələb edib ki, döyüş meydanına dönmüş Cənubi Osetiyanın yaxınlığında eniş etsin. Lakin pilot prezidentin tələbini yerinə yetirməkdən imtina edib və daha təhlükəsiz aerodroma eniş edib. Qəzəblənmiş Kaçinski isə sonra jurnalistlərə bəyan edib ki, onun əmrlərinin qulaqardına alınması və “aşağı səviyyədə” qərarların qəbulu, prezidentin təbirincə desək, yolverilməzdir”.
Modern.az