st1:*{behavior:url(#ieooui) }
Bolqar siyasətçilərinə Rusiyaya məxsus Tu-154 təyyarələrində uçmaq qadağan olunub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Polşa prezidenti Lex Kaçinskinin təyyarəsinin qəzaya uğramasından sonra Bolqarıstan prezidenti Georgi Pırvanovun Tu-154 təyyarəsində uçması qadağan olunub. Məlumata görə, Bolqarıstanda Tu-154 təyyarəsində uçuşlar hələ aprelin 1-dən dayandırılıb. Bu, bir sıra problemlərlə izah ounub. Lakin Smolenskdə baş vermiş dəhşətli qəzadan sonra Bolqarıstanda Tu-154-ün uçuşlarının bərpa olunması mümkün görünmür. Bolqarıstanın hökumət pilotları ekipajının rəhbəri qeyd edir ki, Smolenskdəki qəzanın səbəbləri məlum olana qədər Bolqarıstanda Tu-154-dən istifadə olunmayacaq. Əldə olunan məlumata görə, hazırda Bolqarıstan hökumətinin rəsmi şəxsləri lizinq şərtləri əsasında “Airbus” laynerlərində uçur.