Modern.az

Obama–Sərkisyan görüşündən mesajlar və erməni liderin növbəti fəndi

Obama–Sərkisyan görüşündən mesajlar və erməni liderin növbəti fəndi

Təhsil

13 Aprel 2010, 09:42

Vaşinqtonda Amerika prezidenti Barak Obama və Ermənistan prezidenti Serj Sərkisyan arasında görüş olub. Modern.az türk mətbutına istinadən xəbər verir ki,  Barak Obama  mətbuat üçün qapalı keçirilən görüşdə Ankara və İrəvana mesaj ünvanlayıb. “Türkiyə və Ermənistan ikitərəfli münasibətləri normallaşdırmaq üçün səylər göstərməlidirlər”,-deyə Obama bildirib.

 

Məlumata görə, Barak Obama görüşdə Sərkisyanı tərifləyib. Amerika prezidenti Sərkisyanı normallaşma yolundakı “cəsur” addımlarını təqdir edib və erməni xalqının yaxşılığı üçün daha öncə vermiş olduğu sözlərini yerinə yetirməsi vacibliyini bildirib. 

Türk mətbuatının məlumatına görə, Serj Sərkisyan  Vaşinqtonda nöbbəti  dəfə fənd işlədib. Obama ilə görüşdən əvvəl erməni lider Amerikanın 28-ci prezidenti Uilsonun qəbrini ziyarət edib. Məzara çələng qoyan Sərkisyan xeyli iddialı danışııb. “Türkiyə Ermənistan və erməni xalqı ilə ön  şərtlər dili ilə danışır. Buna izin verməyəcəyik”,-deyə Sərkisyan qeyd edib.

Fəndgir Sərkisyan əlavə edib ki, Ermənistan “soyqırım” mövzusunu heç bir formatda müzakirə etmək niyyətində deyil. Amerikanın keçmiş prezidentinin məzarı önündə Sərkisyan Dağlıq Qarabağdan da danışıb. O, Türkiyənin Qarabağ münaqişəsinin nizamlanması prosesindəki  roluna  toxunub. Sərkisyan  Ankraranın  Qarabağ sülh prosesində müsbət rol oynamasına inanmadığını deyib. Cənubi Qafqazdan olan qonaq Ermənistanın  bu məsələdə mövqeyinin dəyişmədiyini əlavə edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı