Modern.az

ABŞ və Çin razılaşdı: İrana təzyiqlər gücləndiriləcək

ABŞ və Çin razılaşdı: İrana təzyiqlər gücləndiriləcək

Təhsil

13 Aprel 2010, 12:44

Amerika və BMT Təhlükəsizlik Şurasının digər daimi üzvü Çin İran məsələsində anlaşma əldə edib. Modern.az BBC-yə istinadən xəbər verir ki, Amerika prezidenti Barak Obama və Çin lideri Xu Dzintau arasında keçirilən görüşdə İrana qarşı növbəti addımlar müzakirə olunub. Liderlər Tehrana təzyiqlərin artırılması məsələsini razılaşdırıblar. Ağ evin rəsmi nümayəndəsi  bildirib ki, tərəflər diplomatlara İrana qarşı sərt təzyiqlər tədbirlərinin işlənib hazırlanması barədə göstəriş veriblər.  Məlumata görə, ABŞ və Çin liderləri nüvə sammitindəki görüşün böyük hissəsini İran məsələsinə həsr ediblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı