Modern.az

Gürcüstanda polisə rüşvət verən azərbaycanlı həbs olunub

Gürcüstanda polisə rüşvət verən azərbaycanlı həbs olunub

Təhsil

13 Aprel 2010, 18:42

Gürcüstanda polisə rüşvət verən azərbaycanlı həbs olunub. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstanın Marneuli rayon sakini, 1958-ci il təvəllüdlü İmdat Əhmədov baş əməliyyat müvəkkilinə girovun həcminin azaldılması üçün 1000 lari  (620 dollar) təklif edib. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Həmyerlimiz Marneuli polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həbs olunub. Əgər məhkəmə onu təqsirkar hesab edərsə, Əhmədovu  3 il həbs cəzası gözləyir.  Faktla bağlı araşdırmaları Gürcüstan Kvemo Kartli regionunun DİN-i aparır.  Modern.az 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı