Ermənistanın baş naziri Tiqran Sərkisyan qondarma Dağlıq Qarabağdakı separatçı rejimin baş naziri Ara Arutyunla görüşüb. Modern.az erməni mətbuatana istinadən xəbər verir ki, Tiqran Sərkisayan bildirib ki, keçən il vergilərin yığılmasında kəskin azalmaya baxmayaraq Ermənistan Qarabağdakı separatçı rejimə iqtisadi köməyini azaltmayıb və gələcəkdə də azaltmayacaq. Keçən il bu yardım 90 milyon dollar olub.
Tiqran Sərkisyan qlobal maliyyə böhranı şəraitində xaricdəki erməni diasporu və Rusiyanın hesabına yaşayan Ermənistanın bu qədər vəsaiti hansı mənbədən aldığını deməyib.