
Qafqaz Müsəlmanları İdərasinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti RF Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində səfərdədir. QMİ-nin mətbuat xidmətindən
Modern.az-a verilən məlumata görə, səfər Çeçenistanın mərhum prezidenti Əhməd Kadırovun anadan olmasının növbəti ildönümü münasibətilə keçirilən tədbirlər çərçəvəsində həyata keçirilir.
Avqustun 22-də Qroznı şəhərində QMİ sədri Şeyxülislam A.Paşazadənin sədrliyi ilə Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti iclası və MDB Müsəlmanları Məşvərət Şurasının səyyar toplantısı keçiriilib. Toplantıda məruzə ilə çıxış edən, Şeyxülislam Əhməd Kadırovun çeçen xalqının tarixində, ümumən Qafqazın mənəvi həyatında oynadığı önəmli rol barədə fikirlərilə bölüşüb. İordaniyadan yenicə səfərdən qayıtmış Şeyxülislam A. Paşazadə orada iştirak etdiyi Al-əl-Beyt Fikir müəssisələri Kral Akademiyasının XVI Əmman Konfransı, orada etdiyi məruzəsi, habelə Konfransın Qətnaməsi barədə QXADŞ üzvlərini məkumatlandırıb. A.Paşazadə sədri olduğu QXADŞ-nın fəaliyyəti, gələcək planları barədə Şura üzvləri ilə fikir mübadiləsi aparıb. MDB Müsəlmanları Məşvərət Şurasının 16 aprel 2013-cü il tarixdə Bakıda keçirilmiş II iclası və MDB Müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar mövzusunda Beynəlxalq konfransın materiallarının əks olunduğu kitabı təqdim edən QMİ sədri Şuranın gələcək planları barədə ətraflı məlumat verib. O bildirib ki, Şuranın ünvanına üzvlüklə bağlı bəzi ölkələrin müsəlman icmalarından daxil olmuş təkliflər nəzədən keçirilir. Sonda QXADŞ üzvləri bəzi müsəlman ölkələrində, o cümlədən, Misirdə, Suriyada, İraqda baş verən, günahsız qurbanları minlərlə ölçülən hadisələrlə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıblar. Səfər davam edir.
Modern.az