Bu gün Gənclər Günü ilə əlaqədar “Akademi qrup”u tədbir təşkil edib. Tədbirdə “Akademi qrup” şirkətinin rəhbəri Razi Vəliyev, Türkiyənin Bakıdakı səfirliyinin təhsil müşaviri Durmuş Gökmen, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı və Türkiyənin müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib.
Tədbirdə çıxış edən Razi Vəliyev bildirib ki, bu vaxta qədər bir çox tələbələrin Türkiyədə təhsil almalarına köməklik ediblər. Bundan sonra da savadlı kadrların yetişməsi və gənc nəslin ölkə xaricində oxuması üçün əllərindən gələni edəcəklər.Türkiyə Cümhuriyyəti Bakıdakı səfirliyinin təhsil müşaviri Durmuş Gökmən isə qeyd edib ki, Azərbaycandan 8 min tələbə Türkiyədə təhsil alır. Bu onların təhsildən sonrakı fəaliyyətlərinə də təsir edəcək. Tədbirdə iştirak edən tələbələr aldıqları təhsildən razı qaldıqlarını bildiriblər.




Rafiq Qəmbərov