
İsveçdə 2014-cü ilin iyun ayında “FİFA üzvü olmayan dövlətlər arasında futbol üzrə dünya çempionatı” keçiriləcək. Modern.az saytı xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, bu ad altında keçiriləcək turnirin iştirakçıları arasında Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı “Dağlıq Qarabağ Respublikası”nın futbol üzrə qondarma milli komandası da olacaq. Yarışa Abxaziya, Darfura (Sudan), Elan Vanina (Böyük Britaniya), Sapmi (Skandinaviya), Padanii (İtaliya), Kvebek (Kanada), Kürdüstan, Zanzibara (Tanzaniya), Oksitaniya (Fransa) yığmaları da dəvət olunub.
Aqşin Kərimov