Modern.az

Müəllimlər institutunda “Həyatla oyun»

Müəllimlər institutunda “Həyatla oyun»

Təhsil

20 Fevral 2015, 09:39


Fevralın 19-da Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) institutun və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Həyatla oyun” adlı teatr tamaşası Nərimanov rayonunda yerləşən ali və orta ixtisas məktəblərinin tələbələrinə nümayiş etdirilib.


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət  Proqramı təsdiq edilmişdir. Teatr tamaşası Proqram çərçivəsində zərərli vərdişlərin profilaktikası ilə bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə Bakı Uşaq Teatrının aktyorlarının iştirakı ilə hazırlanıb.

İntiqam Soltanın quruluş verdiyi tamaşada real həyatdan götürülmüş hadisələr əks olunub.

Tamaşada narkotik aludəçisi olan tələbələrin faciəli həyatından bəhs olunur. Faciənin əsas səbəbi kimi gənclərin uşaqlıqdan valideynləri tərəfindən düzgün başa düşülməməsi, bu haqda məlumatlı olmamasıdır.

Tamaşdan əvvəl  Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, AMİ Tələbə Gənclər Təşkilatının sədri Əli Həsənov, teatrın bədii rəhbəri İntiqam Soltan çıxış edərək mövzunun aktuallığından, ölkəmizdə gənclərin inkişafına geniş imkanlarının yaradılmasına baxmayaraq, bəzi gənclərin onların gələcək həyatını təhlükə altına salan addımlar atmasından da danışıblar, tamaşanın göstərilməsinə yaratdığı şəraitə görə rayon və institut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, müvafiq dövlət qurumları və təhsil müəssisələri tərəfindən maarifləndirici tədbirlərin həyata keçirilməsi baş verə biləcək faciələrin qarşısının alınmasında müstəsna rol oynayır. Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı