Modern.az

Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi

Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi

Təhsil

12 Mart 2015, 15:16

“STS” və “Sahil D Compani”Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaq zamanı Məzahir Cəfərovun qeyd edilən şirkətlərindirektoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə, özgənin əmlakını ələ keçirmək məqsədilə, “Sahil-D Kompani” MMC tərəfindən paytaxtın Xətai rayonunda inşaedilənçoxmərtəbəli yaşayış binalarındakı satılmış və tam ödənişi aparılmış mənzilləri saxta sənədlər əsasında yenidən ayrı-ayrı şəxslərəsatmaqla cəmi 4 milyon 458 min manat məbləğində pul vəsaitini  etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəllənin178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və313-cü (vəzifə saxtakarlığı) maddələri iləittiham elanolunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə vətəndaşlaravurulmuş maddiziyanın 1milyon 242 min manatınınistintaq dövründəödətdirilməsi təmin edilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı