Modern.az

Gürcüstanda Azərbaycan dilində radio nəyə xidmət edəcək? – AÇIQLAMA

Gürcüstanda Azərbaycan dilində radio nəyə xidmət edəcək? – AÇIQLAMA

Təhsil

12 Mart 2015, 15:45

Gürcüstanda Azərbaycan dilli “Azərbaycan Gürcüstan FM” radiosu fəaliyyətə başlayıb.

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, azərbaycanlıların Gürcüstana inteqrasiyasına yardım etmək üçün açılan radio həmyerlilərimizn kompakt yaşadığı Borçalı bölgəsi ilə yanaşı, unistream.tv saytından da onlayn dinlənilə bilər. Marneuli, Bolnisi, Dmanisi və Tetrisqaro da FM 101.5, Rustavi, Qardabani və Tbilisidə isə 100.6 FM dalğasında radionu dinləmək mümkündür.   

Yeri yaradılan “Azərbaycan-Gürcüstan FM” radiosunun direktoru İrakli Bançeladze əvvəllər Azərbaycanda çalışdığını və məqsədinin Azərbaycan icmasına yardım göstərmək olduğunu deyib:

“Bir zaman mən Bakıda çalışmışam. Sonra Gürcüstana qayıtdım və bu radiostansiyanı açdım. Məlumdur ki, bu gün Gürcüstanda yüzlərlə xalqın, o cümlədən azərbaycanlıların yüz minlərlə nümayəndəsi yaşayır. Əsas məqsədimiz hər kəsi, o cümlədən azərbaycanlıları informasiya ilə təmin etmək və gənc nəsil arasında tarix, mədəniyyət, incəsənət və xalq yaradıclığınının təbliğatını aparmaqdır”.  

Modern.az 

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı