Modern.az

Azay Quliyev Şirvanda seçiciləri ilə görüşüb – FOTOLAR

Azay Quliyev Şirvanda seçiciləri ilə görüşüb – FOTOLAR

Təhsil

12 Mart 2015, 21:25

Bu gün Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhəri, Bayramlı qəsəbəsində seçiciləri ilə növbəti görüşünü keçirib.

Modern.az xəbər verir ki, görüşdə sakinlər Şirvan şəhərindən bir neçə km aralıda yerləşən Bayramlı qəsəbəsinin spesifik problemlərinə toxunub, həlli istiqamətində görülən işlərdən danışıblar. Xüsusi qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi diqqəti və qayğısı ilə Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər görülüb.  Fövqəladə Hallar Nazirliyi bu istiqamətdə ən çox tikinti və bərpa işlərini məhz Şirvanda həyata  keçirib, daha çox ziyan dəymiş ev sahibləri yeni evlərlə təmin olunub, qəzalı vəziyyətdə olan evlər yenidən təmir edilib, bir çox ailələrə maddi yardım göstərilib. Tədbirdə iştirak edən gənclərin nümayəndəsi gənclərin asudə vaxtının təşkili, Şirvan şəhərində reallaşan QHT layihələrinə qəsəbə gənclərinin də cəlb edilməsi təklifini irəli sürüb.  Qəsəbə dini icmasının nümayəndəsi milli mənəvi dəyərlərin qorunub saxlanması, gənc nəslə aşılanması, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin daha çox keçirilməsi haqqında millət vəkili Azay Quliyevin fikirlərini dəstəkləyib. Millət vəkili Azay Quliyev Bayramlı qəsəbə sakinlərinin digər müraciət və şikayətlərinə baxıb, onların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edib. Şirvan şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini Samit Hacıyev də görüşdə iştirak edib.

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı