
İlaxır çərşənbə günü paytaxtda bayram tədbirləri keçiriləcək. Bakı şəhər İcra Hakimiyyəti şəhər sakinlərini bayram şənliklərinə dəvət edir.
Bu barədə Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məlumat verib.
O qeyd edib ki, ilaxır çərşənbə münasibətilə Bakı şəhər İcra Hakimiyyəti xalqı bayram şənliyinə dəvət edir:
“Martın 17-də saat 11.00-da Azneft meydanından dəvələrdən ibarət karvanın müşayiəti ilə milli geyimli qızların Suraxanı rayonu Atəşgah məbədindən musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə gətirdikləri odla saat 19.00-da Qoşa Qala qapısının qarşısındakı Gənclik meydanında tonqal yandıracaqlar. İlaxır çərşənbə münsaibətilə incəsənət usatlarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.
Bakı Şəhər İcra Hakimiyyəti şəhər sakinləri və qonaqları bayram tədbirinə və atəşfəşanlığa dəvət edir.
Gülşən RAUFQIZI