Modern.az

Bələdiyyələrlə bağlı qanun layihəsi Milli Məclisdə mübahisə yaratdı

Bələdiyyələrlə bağlı qanun layihəsi Milli Məclisdə mübahisə yaratdı

Təhsil

13 Mart 2015, 16:53


Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Modern.az saytının məlumatına görə iclasda “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Regional məsələlər komitəsinin sədri qeyd edib ki, bələdiyyə qulluqçuları ilə bağlı ayrı qanuna ehtiyac yoxdur və  onu dövlət qulluqçularının etik davranış qaydaları kodeksi ilə birləşdirmək lazımdır”.    

Deputat Fəzail İbrahimli isə deyib ki, qanun layihəsində ciddi boşluqlar var. “Çünki bəzi bələdiyyə sədrləri özlərini hələ də kiçik padşahlar kimi aparırlar. Bu qanun onların bu fironluğunun qarşısını almalıdır. Bəzi bələdiyyələr, bələdiyyə sədrləri dövlət mülkiyyətini öz şəxsi mülkiyyətləri hesab edirlər.  

Ancaq bununla  bu sənədin elmi və hüquqi baxımından ciddi təkmilləşdirilməsinə ehtiyac var. Burada Azərbaycan dilinin bütün qaydalarına əməl olunmalıdır. Burada qeyd olunur ki, “qanunun məqsədləri”... Bu, nə deməkdir? Qanunun məqsədləri ola bilməz”.   Deputat Qalib Salahzadə isə həmkarı Fəzail İbrahimliyə “niyə indiyə qədər belə çıxışları etmirdin? Dediklərinin hamısı ilə razıyam” deyib.

Milli Məclis  Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov  çıxışında bildirib ki, Azərbaycanda da bələdiyyə qulluqçuları ilə bağlı ayrıca qanunun qəbul olunmalıdır.  

“Qanunda elə məhz “məqsədləri” sözü yazılmalıdır. Bununla yanaşı, şəffaflılıq, səmərəlilik, vicdanlılıq, maraqların toqquşması məsələləri qanunda mütləq şəkildə əksini tapmalıdır”,-deyə Fəzail İbrahimlinin iradlarına cavab verib.    

Fəzail İbrahimli isə Lətif Hüseynova cavabında qeyd edib: “Elə məsələlər var ki, onlar nə Lətif Hüseynovun, nə Fəzail İbrahimlinin imkanı daxilindədir.  

Sizin çıxışınızdan isə belə başa düşdüm ki, “bu sənəd mənimdir və mən necə istəyirəmsə, elə də olmalıdır” prinisipini əsas tutmusunuz.  Nə deyirəm, şükür məsləhətinizə”  

Arif Rəhimzadə söyləyib ki, Fəzail İbrahimlinin qanun layihəsində ciddi redaktələrə ehtiyac olması ilə bağlı dediklərində həqiqətə var.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı