Modern.az

“İcra başçısı pis adam deyil ki, uşaq bağçasının yerində villa tiksin” - Salyanın deputatı

“İcra başçısı pis adam deyil ki, uşaq bağçasının yerində villa tiksin” - Salyanın deputatı

Təhsil

13 Mart 2015, 16:59

“Salyan rayon İcra Hakimiyyəti başçısının uşaq bağçasını söküb yerində villa tikməsi xəbərinə inanmıram”. Bunu Modern.az-a Salyan rayonundan deputat seçilən Əliağa Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda Salyan rayonundadır və bu barədə ona kimsə nəsə deməyib:

“Əvvəla, bu xəbəri sizdən eşdirəm. Həmin ərazidə olmamışam, konkret nəsə deyə bilmərəm.

Belə xəbərlər çox yazılır. Bunların hamısına inanmaq məcburiyyətində deyiləm. Eyni zamanda, hüquq-mühafizə orqanlarında çalışmıram ki, məsələni araşdırım. Sadəcə, icra başçısı ilə əlaqə saxlayıb məsələni dəqiqləşdirə bilərəm. Məncə, Tahir Kərimov elə də pis adam deyil ki, uşaq bağçasını söküb yerində özünə villa tiksin”.

Müsavat.com-un məlumatına görə, Salyan rayon İcra Hakmiyyətinin başçısı Tahir Kərimov adıçəkilən rayonda uşaq bağçasını sökdürərək yerində özü üçün villa tikdirib.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı