Modern.az

Müsabiqədənkənar qəbul hüququ qazanan abituriyentlərin sayı 

Müsabiqədənkənar qəbul hüququ qazanan abituriyentlərin sayı 

Təhsil

17 Avqust 2026, 18:02

Qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdilər.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, artıq 2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər bəllidir. Onların Dövlət İmtahan Mərkəzinə müraciətləri əsasında sənədləri yoxlanılıb və ixtisas seçimi etmək üçün Mərkəzə dəvət olunublar.

Nəticələrə əsasən, bu il 3 nəfər beynəlxalq fənn olimpiadası, 104 nəfər respublika fənn olimpiadası, 63 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi, ümumilikdə 520 abituriyent ADA Universitetinə qəbul olunub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?